Xocavənd rayonunda silahlı insident baş verməsinə dair yayılan iddiaları Müdafiə Nazirliyi təkzib edib.
Nazirliyin yaydığı məlumatda bildirib ki, Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir.