Prezident İlham Əliyev iki rayona icra hakimiyyəti başçısının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Prezidentinin digər sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.