Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Yaradanın adı ilə” sənədli televiziya filmi nümayiş olunub.

Filmi izləyənlər arasında ictimai-siyasi xadimlər, mədəniyyət adamları, mətbuat nümayəndələri olub.

Məlumat üçün bildirək ki, filmdə Azərbaycanda dini etiqad azadlığından danışılır.