Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.