Azərbaycan ilə Yunanıstan arasında diplomatik münasibətlərinin qurulmasından 30 il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
“Bu münasibətlə Yunanıstan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın daha da inkişafını gözləyirik”, - deyə paylaşımda bildirilib.