Yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan Aprel döyüşlərindən 6 il keçir.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması səbəbindən əks-həmlə əməliyyatı həyata keçirildi. Azərbaycan Ordusu ermənilərin təxribatlarına layiqli cavab verdi. 2000 hektardan çox ərazi, o cümlədən geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti “Böyük qayıdış” prosesinə start verilməsi oldu. Aprel döyüşləri Ordumuzun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini bir daha dünyaya nümayiş etdirdi.

Aprel döyüşlərindəki məğlubiyyətdən nəticə çıxarmayan, növbəti təxribata əl atan düşmən bu dəfə qarşısında “Dəmir yumruğ”u gördü. İşğal altındakı torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edilərək münaqişəyə son qoyuldu.