Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümüdür.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramı gününü qeyd edirlər.
Son illər Prezident İlham Əliyevin uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində ciddi uğurlar qazanılıb. 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılması, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının da özünəməxsus payı var. Artıq Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbələri xidmətə başlayıb.