Bu gün Türkün şanlı tarixinin səhifələrindən biri - Çanaqqala zəfərinin 107-ci ildönümüdür.
Bu münasibətlə qardaş ölkədə silsilə tədbirlər, Çanaqqala şəhidlərinin anım mərasimi keçirilir. Çanaqqalada keçirilən rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Bir neçə saatdan sonra isə Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsünün rəsmi açılış mərasimi keçiriləcək. Bu, Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsüdür.
Xatırladaq ki, Çanaqqala döyüşündə üç minə yaxın azərbaycanlı da iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.