İşğaldan azad edilən ərazilərdə daha 82 partlamamış hərbi sursat aşkarlanıb.
Minatəmizləmə Agentliyinin məlumatına görə, martın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 27 mina aşkarlanaraq zərərsizləşdirilib. 87 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.