Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Görüş zamanı iki dost və qardaş dövlət arasında münasibətlərin inkişafından məmnunluqla bəhs olunub. Dövlət başçıları cənab İlham Əliyev və cənab Seyid İbrahim Rəisinin birgə səyləri nəticəsində son dövrlərdə əlaqələrimizin daha da dinamik şəkildə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan və İran televiziya kanalları arasında əməkdaşlığın böyük potensialı var. Bu istiqamətdə səmərəli çalışmaq və memorandum imzalamaq üçün yaxşı zəmin yarandığı da bildirilib. Sonra İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Misəvi AzTV ilə tanış olub, studiyalara baş çəkib, burada yaradılmış şəraitə baxıb. Daha sonra Rövşən Məmmədov və Seyid Abbas Musəvi Azərbaycan televiziyasına və İran kanallarına müsahibə veriblər.