Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayır.

Plenar iclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib. İclasda Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair saziş müzakirə ediləcək. “Tibbi sığorta”, “Silahlı Qüvvələr”, “Qaz təchizatı”, “Dini etiqad azadlığı”, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi” haqqında qanunlara əlavələr barədə layihələr müzakirə olunacaq.

Parlamentarilər Azərbaycanla İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişə də baxacaqlar.