“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiqlənib.
Аevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib.
Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.