“BAYKAR” şirkəti Azərbaycanda PUA-ların istehsalına başlamaq istəyir.
Bu barədə AzTV-yə müsahibəsində “BAYKAR” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
O, Azərbaycanda görəcəkləri işlərlə bağlı hədəflərini açıqlayıb: “Azərbaycanın aidiyyəti qurumları “AKINCI” pilotsuz uçuş aparatı ilə maraqlanırlar. Lakin biz “BAYKAR” olaraq bu texnologiyanı Azərbaycanda inkişaf etdirmək üçün işə başlamaq istəyirik. Həm inkişaf etdirmək, həm də burada istehsal etmək təşəbbüsü ilə çıxış edəcəyik.
İşə bu sahə ilə əlaqəli azərbaycanlılar cəlb ediləcək”.