Ombudsman Aparatı və BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, insan hüquqları sahəsində təhsil və maarifləndirmə üzrə birgə layihələr həyata keçiriləcək. Əsas məqsəd universal insan hüquqları dəyərləri, gender bərabərliyi və bütün səviyyələrdə insan hüquqları üzrə maarifləndirmənin təşviqinə dəstək verməkdir. Memorandumu İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva imzalayıblar.