Qazaxıstanın bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı bu gün ölkədə ümummilli matəm günü elan edilib. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Nazirliyin “Twitter” səhifəsində paylaşılan başsağlığında bildirilir: “10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.