Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov və Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Nazirlər Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.