Birinci vitse-prezident Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birinci vitse-prezidentin instaqram hesabından edilən təbrik Qız qalasının fotosunun fonunda paylaşılıb. Paylaşımda deyilir: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!"