İran şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı Azərbaycana çoxsaylı müraciətləri ünvanlanır.

Bu barədə Azərbaycan və İran xarici işlər nazirlərinin görüşündən sonra təşkil olunan brifinqdə nazir Ceyhun Bayramov məlumat verib.

Mətbuat konfransında İranın müvafiq qurumu ilə Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşlıq edəcəyi də diqqətə çatdırılıb.