Kəlbəcərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb.

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları komendant postunda xidmət aparan zaman Qazax rayon sakini Yaşar Allaxquliyevin Kəlbəcərə keçmək cəhdinin qarşısını alıblar.

Araşdırmalar zamanı onun həm də COVID-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etməsi müəyyənləşib. Həmin şəxs yaşadığı ünvana qaytarılıb, faktla bağlı araşdırmalar davam etdirilir.