Bu gün Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən paradda 3 min nəfərdən çox şəxsi heyət iştirak edib. 150-dək hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənin hərbi texnikalarının bir qismini də görmək mümkün olub.