Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də İsveç Krallığına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfər çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək.

Xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.