Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 10 hərbçisi yaralanıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Qeyd edək ki, döyüşlər zamanı Azərbaycan Ordusunun yeddi hərbi qulluqçusu şəhid olub.