Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə əlaqədar rəsmi tvitter səhifəsində paylaşım edib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının fotosunu paylaşan qardaş ölkənin dövlət başçısı qeyd edib: “Azərbaycanın Zəfər bayramını – Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı gün münasibətilə ən səmimi diləklərimlə təbrik edirəm.

Vətən uğrunda gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla yad edirəm”.