Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, K.İmanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenlə təltif olunub.

Qeyd edək ki, Kamran İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.