Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb.
İclasda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul ediləcək. Gündəlikdə, həmçinin Zəfər Günü münasibətilə amnistiya elan edilməsi, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişikliklərin edilməsi barədə layihə də yer alıb.
Ümumilikdə iclasın gündəliyinə 10 məsələ daxil edilib.