44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərini də hədəfə alıb. Atılan raketlər nəticəsində 40-dan çox yaşayış evinə ziyan dəyib. Zərər görən evlərdə təmir-tikinti işləri yaxın günlərdə tam başa çatdırılacaq.
Mənfur qonşularımızın terroru nəticəsində Mingəçevirdə zəzər görən evlərin bərpasına digər şəhər və rayonlarda olduğu kimi müharibə başa çatan kimi başlanılıb. Tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinin nəzarəti altında aparılıb. Artıq 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib. 41 tikilidə isə təmir-bərpa işləri görülüb.
Hazırda Mingəçevirdə daha 2 yaşayış evində inşaat işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, 44 günlük müharibə zamanı düşmən atdığı artilleriya mərmiləri və raketlərlə 11 rayon və şəhərdə dağıntılar törədib. 13 mindən artıq tikiliyə ziyan dəyib. Onlardan 12 mindən çoxu artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərin nəzarəti altında tikilib və ya təmir-bərpa edilib.