“İsrail daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün də Azərbaycanın yanındayıq. İşğaldan azad edilən ərazilərin bərpasında da iştirak etmək, tikmək, kömək göstərmək istəyirik”.
Bu fikirləri Gəncədə səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib. Diplomat qeyd edib ki, İsrail şirkətləri işğaldan azad olunan ərazilərdə bərpa işlərinə qoşulmaq üçün hazırdır. Səfər çərçivəsində səfir Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalan yaşayış massivinə də baş çəkib. O, müharibə zamanı şəhid olanların xatirəsinə dərin hörmət və ehtiramını bildirib.
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri bir il əvvəl, hadisə baş verən zaman da Gəncə şəhərində olub.