Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib. Sentyabrın 15-də təşkil olunan test imtahanından 60 və daha çox bal toplayan namizədlər bu mərhələdə iştirak hüququ qazanıblar. İmtahanın keçirildiyi binada Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda suallar hazırlandıqdan sonra dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçiblər. 4 saat davam edən imtahanda hakimliyə namizədlər bilik və bacarıqlarını nümayiş etdiriblər. Cavab vərəqələri ikiqat yoxlama üsulu qiymətləndirildikdən sonra nəticələr elan olunacaq.