Noyabrın 1-dən şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək. Şəxsiyyət vəsiqələri ərazi polis orqanlarının və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən veriləcək. Ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabrından tətbiqinə başlanılan elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlara elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq, hər bir "ASAN xidmət" mərkəzində və ərazi polis qurumunda təqdim edilir.