Xarici İşlər Nazirliyi Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə ilk raket hücumunun ildönümü ilə bağlı paylaşım edib.
Nazirliyin tvitter hesabında edilən paylaşımda deyilir: “Bu gün Ermənistanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən dinc əhalinin yaşadığı yerlərə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə yad edirik!”