“Yaxın həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən görüşəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

Türkiyə dövlət başçısı təxminən 30 il davam edən işğaldan sonra Azərbaycan torpaqlarının azadlığa qovuşduğunu xatırladıb: “Biz də azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. Önümüzdəki həftələrdə bir daha azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Biz işğal altındakı torpaqlarını azad etməyə çalışan bir ölkəyə və Türkiyəyə qarşı sərgilənən kinli yanaşmaları heç vaxt unutmayacağıq”.