Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 18-də yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşları, mülki şəxslər – 19 fevral 1986-cı il təvəllüdlü Hakop Akopyan və 05 iyun 2001-ci il təvəllüdlü Aram Sarkisyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sentyabrın 19-da Ermənistana qaytarılıb.