Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun “Yenidən Bakıda” adlı sərgisi açılıb.

Bu, Fərhad Xəlilovun ölkəmizdə sayca ikinci fərdi sərgisidir. 60-a yaxın ekspozisiyanın nümayiş olunduğu sərgidə rəssam Abşeron təbiətinin gözəlliklərini təsvir edib. Buzovna, Mərdəkan, Qala mənzərələrini xüsusi incəliklə tamaşaçılara çatdırmağa çalışıb. Xalq rəssamı Fərhad Xəlilov sərgisinin belə bir möhtəşəm mərkəzdə nümayişinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Burada sərgi təşkil etməyin böyük məsuliyyət olduğunu qeyd edib.

Sonra sərgi ilə tanışlıq olub.