Prezident İlham Əliyev Akif Hümbət oğlu Hümbətovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, o, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu ordenlə təltif olunub.