Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər. Həmçinin söhbət əsnasında Qarabağdakı vəziyyət də müzakirə edilib. Putin fransalı həmkarını üçtərəfli bəyanatın həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.