Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yeni veriliş efirə çıxıb. İlk buraxılışı dünən yayımlanan “Könül bağçası” verilişi həftədə bir dəfə olmaqla yayımlanacaq.
Veriliş təbiət qoynunda – Bakının Novxanı kəndində, bağ evində çəkilir.
Verilişdə ədəbiyyat, mədəniyyət, etnoqrafiya, teatr, kino, memarlıq sahələri ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, musiqi parçalarına yer ayrılacaq, muğam, caz, retro musiqilər təqdim olunacaq.
Veriliş hər həftənin bazar günü saat 18.00-da, Pərvin Nurəliyevanın təqdimatında yayımlanacaq.