Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə maraqlanıb, həmçinin Aşağı Köndələnçay su anbarında olublar.
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolu və “Zəfər yolu”nda görülən işlərlə tanış olub.
Sonra dövlət başçısı və birinci xanım yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Səfərdən hazırlanan geniş reportaja “AzTV Xəbər”in axşamkı buraxılışında baxa bilərsiniz.