Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

Hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub.

Bu zaman yolda – Reza Deqatinin tam yaxınlığında mina aşkarlanıb.