Xocavənddə silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad olunan ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İqla” zenit-raket kompleksi, 15 raket və 97 minaatan mərmisi aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.