Hərbi qulluqçularımız bu gün Türkiyənin Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak edəcəklər.
Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.Təlim iyunun 4-dək davam edəcək.