Belarusun Müdafiə naziri Viktor Xrenin azərbaycanlı həmkarı ilə birlikdə bir neçə hərbi hissədə olub.

Hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Sonra “Polonez” əməliyyat-taktiki raket komplekslərinin yerləşdiyi hərbi hissə ziyarət olunub.