Tarixə “Uğurlu Naxçıvan əməliyyatı” kimi düşən Günnüt əməliyyatından 3 il ötür.

2018-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi Lələ təpədən başlanan düşməni təmizləmə əməliyyatının uğurlu davamı idi. Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Mənfur düşmən Muxtar Respublikanın Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndlərini aramsız atəşə tuturdu. Günnüt kəndi də elə həmin vaxt işğala məruz qaldı. Erməni vandalları yaşayış evlərini, məktəbi, tibb məntəqəsini, xalqımıza məxsus izləri itirmək üçün qəbiristanlığı və məscidi də dağıdıb yerlə yeksan etdi.  Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun uğurlu əməliyyatı, hərbçilərimizin rəşadəti və peşəkarlığı sayəsində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazi - o cümlədən Günnüt kəndi düşməndən azad olundu. Bu, əməliyyat həm də 10 min hektardan çox kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadəyə imkan yaratdı. 26 illik həsrətdən sonra Mahmudkənddə məskunlaşan günnütlülər doğma kəndlərinə qayıtdılar, əzizlərinin məzarını ziyarət edib, doğma torpaqlaırna qovuşdular.