“Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur”.

Bu fikir Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin qurumun Baş katibinə göndərdiyi məktubda əksini tapıb. Bildirilir ki, 30 il davam etmiş erməni təcavüzünün dağıdıcı humanitar, iqtisadi və sosial nəticələri ilə yanaşı, minlərlə mədəni irs obyektinə zərər vurulub. Həmin ərazilərdə yüzlərlə tarixi, mədəni və dini abidə vandalizmə məruz qalıb, qarət edilib və dağıdılıb. Azad edilmiş torpaqlarımızda işğal dövründə təcavüzkarlar tərəfindən törədilmiş dağıntı və qarətlərin dəhşətli miqyasını göstərən çoxlu sübutlar aşkarlanıb. Vurğulanır ki, Azərbaycan hökuməti münaqişə və işğal illəri ərzində zərər çəkmiş bütün tarixi və mədəni obyektlər arasında heç bir fərq qoymadan onların hamısını təmir və bərpa edəcək. Baş katibdən sözügüdən məktubu Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması xahiş olunur.