"2-3 gün ərzində Zəfər yolu tam olaraq minadan təmizlənərək təhvil veriləcək”.

ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bu barədə məlumat verib. Bildirib ki, 10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına başlanıb. Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 648 mina və PHS tapılıb və zərərsizləşdirilib. Bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb”.  Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Agdam dəmiryolu xətti, Fuzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir.