Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ağdama səfər edib.

O əvvəlcə Cümə məscidində olub. Qonağa ermənilərin işğal müddətində məscidə vurduğu ziyan, ümumilikdə isə Ağdam rayonunda törədilən vandallıq barədə ətraflı məlumat verilib.

Rusiyalı deputat Ağdamdakı “İmarət” kompleksinə də gedib, ermənilərin burada törətdiyi dağıntıları görüb. Qonağa bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri talan ediblər.

Ağdamın digər ərazilərindəki vəziyyətlə də tanış olan Dmitri Savelyev burada gördüklərindən dəhşətə gəldiyini bildirib.