Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə alban-udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib. Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də Kəlbəcərə yola düşüb.