ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi Türkiyə mediasında geniş işıqlandırılıb.

Qardaş ölkənin kütləvi informasiya vasitələri telefon danışığında müzakirə olunan məsələləri türkdilli ictimaiyyətə fərqli tezislər şəklində manşet materialı kimi təqdim edib. Anadolu, İHA xəbər agentlikləri, “TRT haber”, “TRT Avaz”, “Haber türk”, “A haber”, “Haber global” telekanalları, “Hürriyyət” “Sabah”, “Akşam”, “Star”, “Milli gazete” və digər mətbu orqanlar tərəfindən yayılan məlumatda vurğulanır ki, prezident İlham Əliyev bu günlərdə ABŞ Prezidentinin saxta “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan rəhbərliyi və ictimaiyyətində narahatlıq yaratdığını dövlət katibinin diqqətinə çatdırıb.