Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, İordaniya Haşimilər Krallığında və Bolqarıstan Respublikasında səfirlərinin təyin edilmələri ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında, Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.