BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.
Sonra qonaq Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət edib. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Volkan Bozkır Türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni də ziyarət edib.