BMT minatəmizləməyə görə Azərbaycana 1 milyon dollar ayırıb.
Azərbaycan Minatəmizləmə Agentliyinin məlumatına görə, BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə Hallara Qarşı Tədbirlər üzrə Mərkəzi Fondundan ayrılan vəsaitlə münaqişənin təsirlərinə məruz qalan ərazilərdə minalar və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək veriləcək.
Əlavə dəstək çərçivəsində minatəmizləmə sahələrinin prioritetləşdirilməsi, mina aşkarlanması üçün “istilik” xəritələrinin hazırlanması, eləcə də minatəmizləmə əməliyyat avadanlıqları və minaaxtaran itlərin alınması nəzərdə tutulur.